“Neftçi” İdman Klubunun parataekvondoçusu Sabir Zeynalov (58 kq) Paris Qran-prisinin gümüş medalını qazanıb. Paralimpiyaçımız həlledici final görüşündə israilli Asaf Yasuru ilə qarşılaşıb. Rəqibinə məğlub olan idmançımız fəxri kürsünün ikinci pilləsində qərarlaşıb.
