“Neftçi” İdman Klubunun üzgüçüsü Fatimə Alkərəmova Belarusda keçirilən açıq turnirdə bürünc medal qazanıb. İdmançımız 200 metr məsafəyə qarışıq üsulla üzmə yarışında (2:18.01) fəxri kürsünün üçüncü pilləsində qərarlaşıb.