Azərbaycanın qadınlardan ibarət 3×3 basketbol millisi tarixi uğura imza atıb. Belə ki, Honqkonqda təşkil olunan Olimpiya Təsnifat turnirində finala yüksələn yığmamız həlledici qarşılaşmada Polşa kollektivi ilə üz-üzə gəlib. Rəqibinə 18:17 hesabı ilə qalib gələn komandamız Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.
Beləliklə, ölkəmiz ilk dəfə komanda idman növündə olimpiadada təmsil olunacaq.
Tarixi ilkə imza atan milli komandamızı qazandığı möhtəşəm uğur münasibətilə ürəkdən təbrik edirik!