“Neftçi” İdman Klubunun cüdoçusu Balabəy Ağayev Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında gümüş medal qazanıb. Altmış kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız mötəbər yarışda inamla çıxış edərək finala qədər irəliləyib. Balabəy Ağayev həlledici görüşdə ispaniyalı Fransisko Qarriqosa məğlub olub və fəxri kürsünün ikinci pilləsində dayanıb.