“Neftçi” İdman Klubunun boksçusu Malik Həsənov Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatında bürünc medal qazanıb. 63,5 kiloqram çəki dərəcəsində mübarizə aparan təmsilçimiz yarımfinalda moldovalı Alexandru Parasçivlə qarşılaşmadan məğlub ayrılıb və qitə çempionatını üçüncü pillədə başa vurub.