Paraüzgüçümüz Raman Saley Portuqaliyanın Madeyra şəhərində keçirilən açıq Avropa çempionatının dördüncü günündə 100 metr məsafəyə sərbəst üsulla üzmə yarışında bürünc medala layiq görülüb.
Xatırladaq ki, nüfuzlu yarışın ilk günündə Raman Saley 100 metr məsafəyə arxası üstə üzmə üsulunda Avropa çempionu olub, ikinci günündə isə eyni məsafəyə kəpənək üzmə üsulunda gümüş medal qazanıb. Klubumuzun digər təmsilçisi Vəli İsrafilov isə yarışın üçüncü günündə Avropa çempionatının qızıl medalına yiyələnib.