Xorvatiyanın Poreç şəhərində çimərlik güləşi üzrə Dünya Seriyasının II mərhələsi keçirilib.
“Neftçi” İdman Klubunun təmsilçiləri yarışda əzmlə çıxış edərək 2 medala sahib olublar. İdmançılarımızdan Sahib Dadaşov (80 kq) gümüş, Vüsal Əliyev (80 kq) isə bürünc mükafata layiq görülüb.
