![](https://static.neftchi.org/uploads/WhatsApp-Image-2024-04-22-at-12.55.09.jpeg)
İtaliyanın Liqnano şəhərində gənclər arasında keçirilən cüdo üzrə Avropa kubokuna yekun vurulub.
“Neftçi” İdman Klubunun təmsilçiləri yarışı 2 medalla başa vurublar. Cüdoçularımızdan yalnız həlledici final qaşılaşmasında məğlub olan Süleyman Şükürov (81 kq) gümüş medal qazanıb. Digər idmançımız Nihad Şıxəlizadə (100 kq) isə fəxri kürüsünün üçüncü pilləsində yer alıb.
![](https://static.neftchi.org/uploads/WhatsApp-Image-2024-04-22-at-12.55.36-1024x682.jpeg)