Yeniyetmə cüdoçular arasında Arif Qasımovun xatirəsinə həsr olunmuş turnir keçirilib. 

“Neftçi” İdman Klubunun yetirmələri yarışın iki medalını qazanıblar. Qızların mübarizəsində xanım idmançılarımızdan Zəhra Feyzullayeva (36 kq) və Leyla Məcidova (57 kq) bürünc medal qazanaraq fəxri kürsünün üçüncü pilləsində yer alıblar.