![](https://static.neftchi.org/uploads/59.jpg)
“Neftçi” İdman Klubunun cüdoçusu Leyla Əliyeva Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən “Böyük dəbilqə” turnirində bürünc medala yiyələnib. Qırx səkkiz kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız üçüncü yer uğrunda görüşdə İtaliya təmsilçisi Françeska Milanini ipponla məğlub edib.