Qadınlardan ibarət basketbol komandamız “Qaradağ”dan üstün olub
Qadın basketbolçular arasında Azərbaycan çempionatında (Azərbaycan Qadınlar Liqası) dördüncü turun oyunları keçirilir. ”Neftçi” bu turda “Qaradağ” komandası ilə qarşılaşıb. Görüş xanım basketbolçularımızın üstünlüyü şəraitində keçib və təmsilçimiz rəqibi üzərində 78:33 hesablı qələbə qazanıb.