![](https://static.neftchi.org/uploads/EbzttmiK-mmm.jpg)
Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan dövlət qurumlarının əməkdaşları arasında minifutbol turnirində ikinci mərhələnin növbəti turunun oyunlarına start verilib.
SOCAR komandası bu turda Ədliyyə Nazirliyinin kollektivi ilə üz-üzə gəlib. Böyükşor bulvarındakı “Azfar” stadionunda reallaşan və gərgin mübarizə şəraitində keçən qarşılaşmada qalib müəyyənləşməyib. Komandalardan heç biri rəqib qapısına yol tapa bilməyib və görüş 0:0 hesablı bərabərliklə başa çatıb.
![](https://static.neftchi.org/uploads/CUHhrMyy-01-1024x600.jpg)
![](https://static.neftchi.org/uploads/Fc4IgkpW-02-1024x600.jpg)
![](https://static.neftchi.org/uploads/03-1024x683.jpg)
![](https://static.neftchi.org/uploads/LoPYWwXd-04-1024x600.jpg)