![](https://static.neftchi.org/uploads/IMG-20240407-WA0034.jpg)
“Neftçi” İdman Klubunun on iki yaşlılardan ibarət (U-12) futbol komandası “Sabahın ulduzları” paytaxt çempionatında növbəti dəfə böyük hesablı qələbə qazanıb. Bakı Futbol Federasiyasının təşkilatçılığı ilə keçirilən yarışda kiçikyaşlı fufbolçularımız əzmlə mübarizə apararaq RİOEUGİM komandasını 7:2 hesabı ilə məğlubiyyətə uğradıblar. Təmsilçimizin heyətində Qasım Məmmədzadə dörd, Davud Qasımov, Nurlan Cabbarov və Mikayıl Əsədov isə hərəyə bir dəfə fərqləniblər.